...

ABŞ Əfqanıstandan on gün ərzində 58 mindən çox şəxsi təxliyə edib

Dünya xəbərləri Materials 24 Avqust 2021 18:56 (UTC +04:00)
ABŞ Əfqanıstandan on gün ərzində 58 mindən çox şəxsi təxliyə edib

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ hərbçiləri son sutka ərzində 21 mindən çox şəxsi təxliyə edib.

Trend-in məlumatına görə, bunu Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts deyib.

Avqustun 14-dən bu günədək Əfqanıstandan təxliyə olunan insanların sayı 58,7 min nəfərə çatıb.

İyulun sonundan etbarən isə ölkədə 64 minə yaxın şəxs çıxarılıb.

Qeyd edək ki, "Taliban" təşkilatı avqustun 15-dən paytaxt Kabili ələ keçirib. Ölkə prezidenti Əşrəf Qəni istefa verərək ölkəni tərk edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti