...

"Taliban" Əfqanıstanın sabiq prezidentini ev həbsinə məhkum edib

Dünya xəbərləri Materials 26 Avqust 2021 15:18 (UTC +04:00)
"Taliban" Əfqanıstanın sabiq prezidentini ev həbsinə məhkum edib

Bakı. Orxan Nəbiyev - Trend:

Əfqanıstanda "Taliban" hərəkatı ölkənin sabiq prezidenti Həmid Karzayı və Milli barışıq üzrə Ali Şuranın rəhbəri Abdulla Abdullanı ev həbsinə məhkum edib.

Trend-in məlumatına görə, sabiq prezidentin avtomobili və onun cangüdənlərinin silahları müsadirə olunub.

Hazırda hər iki şəxs A.Abdullanın evində yerləşdirilib.

Qeyd edək ki, avqustun 15-dən etibarən "Taliban" paytaxt Kabil üzərində nəzarəti ələ keçirib. Həmin gün ölkə prezidenti Əşrəf Qani istefa verərək ölkəni tərk edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti