...

Kabildə partlayışlar zamanı ən azı 28 Taliban üzvü həlak olub

Dünya xəbərləri Materials 27 Avqust 2021 08:32 (UTC +04:00)
Kabildə partlayışlar zamanı ən azı 28 Taliban üzvü həlak olub

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabildə hava limanı yaxınlığında törədilən partlayışlar nəticəsində ölən 103 nəfərdən ən azı 28-i “Taliban” üzvü ölüb.

Trend-in məlumatına görə bu barədə “Reuters” agentliyi “Taliban” nümayəndəsinə istinadən xəbər yayıb.

"Amerikalılardan daha çox insan itirdik", - Taliban sözçüsü deyib və Əfqanıstandan xarici qoşunların çıxarılması müddətini uzatmaq üçün heç bir səbəb görmədiyini vurğulayıb.

Qeyd edək ki, avqustun 26-da Kabil hava limanı yaxınlığında terrorçu-kamikadzelər tərəfindən iki terror aktı həyata keçirilib. Son məlumatlara görə, hücumda 13-ü Amerika əsgəri olmaqla 103 nəfər həyatını itirib. Əfqanıstanda hakimiyyəti ələ alan Taliban hadisəni şiddətlə qınayıb və günahkarların məsuliyyətə cəlb olunacağına söz verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti