Bakı. Trend:
Perunun cənubunda avtobusun dərəyə düşməsi nəticəsində azı 15 nəfər ölüb, üç nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə Andina informasiya agentliyi yerli polisə istinadən bildirib.
Məlumata əsasən, faciə yerli vaxtla saat 12:30-da Kusko və Apurimak departamentlərinin sərhədində baş verib. Avtobus Avstraliyanın MMG mədən şirkətinin işçilərini daşıyan zaman dərəyə düşüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.