...

"Financial Times" dünyada buğda istehsalının azalması tendensiyası barədə

Dünya xəbərləri Materials 7 Sentyabr 2021 20:16 (UTC +04:00)
"Financial Times" dünyada buğda istehsalının azalması tendensiyası barədə

Bakı. Trend:

"Financial Times" beynəlxalq işgüzar qəzetinin məlumatlarına əsasən, dünyada buğda istehsalının azalması tendensiyası müşahidə olunur ki, bu da taxılın qiymətinin artmasına gətirib çıxarır.

Trend-in məlumatına görə, "Financial Times"ın bu barədə dərc olunan məqaləsində deyilir ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyi son bir neçə ilin quraqlıq səbəbi ilə kənd təsərrüfatı istehsalçıları üçün əlverişsiz olduğunu bildirib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında qeyd olunur ki, bir neçə iri ixracatçı ölkədə məhsul növlərinin pisləşməsi nəticəsində dünya buğda qiymətləri əvvəlki ayla müqayisədə 11,1 bənd (8,8%) artaraq, keçən ilin müvafiq dövrünün səviyyəsini 41,5 bənd (43,5%) üstələyib.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi öz növbəsində Avstraliyada meşə yanğınlarının buğda tarlalarına ziyan vurduğunu və 2021-2022-ci illərdə buğda ixracının 17 faiz azalacağını gözləyir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti