...

Brüsseldə koronavirus məhdudiyyətlərinə qarşı etiraz aksiyası keçirilib

Dünya xəbərləri Materials 12 Sentyabr 2021 06:50 (UTC +04:00)
Brüsseldə koronavirus məhdudiyyətlərinə qarşı etiraz aksiyası keçirilib

Bakış Trend:

Belçikanın paytaxtı Brüsseldə koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq edilən məhdudiyyətlərə qarşı etiraz aksiyası keçirilib.

Trend-in məlumatına görə, etiraz aksiyasını "EuropeansUnited.eu" və "World Freedom Alliance" qeyri-hökumət təşkilatları təşkil edib.

Şəhərin polis idarəsinin məlumatına əsasən, etiraz aksiyasında 3 min, təşkilatçıların qiymətləndirməsinə əsasən isə 5 min nəfər iştirak edib. Aksiya iştirakçılarının əksəriyyəti Belçikanın, Niderlandın, Almaniyanın və Fransanın əyalətlərindən olub.

Etirazçılar əllərində "Qoyun yaşayaq!", "Məcburi vaksinasiyaya yox!", "Sanitar buraxılışlara yox!" kimi şüarların olduğu plakatlar olub.

Etyiraz aksiyası şəhər rəhbərliyi ilə razılaşdırılıb, polis əməkdaşları aksiyaya nəzarət ediblər, amma keçirilməsinə müdaxilə etməyiblər. Mitinq insidentsiz keçib və təxminən 2 saat davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti