...

Demokratlar 3 ildən sonra ABŞ-ı tamamilə məhv edəcəklər - Tramp

Dünya xəbərləri Materials 17 Sentyabr 2021 08:55 (UTC +04:00)
Demokratlar 3 ildən sonra ABŞ-ı tamamilə məhv edəcəklər - Tramp

Bakı. Trend:

Demokrat Partiyasının nümayəndələrinin hakimiyyətdə qalacağı təqdirdə ABŞ üç ildən sonra məhv olacaq.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın keçmiş Prezidenti Donald Tramp "Newsmax" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, 2022-ci ildə keçiriləcək seçkilərdə respublikaçılar ABŞ Konqresində çoxluq qazana, 2024-cü ildə isə rəhbərliyə gələ bilməsə, 3 ildən sonra ölkədən heç nə qalmayacaq.

D.Tramp əlavə edib ki, hazırkı Prezident Cozef Baydenin hakimiyyətinin səkkiz ayı ərzində ABŞ "heç vaxt olmadığı kimi geriləyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti