...

ÜST rəhbəri peyvəndlərin əlçatanlığında "qorxunc bərabərsizlik" olduğunu bildirib

Dünya xəbərləri Materials 30 Sentyabr 2021 04:39 (UTC +04:00)
ÜST rəhbəri peyvəndlərin əlçatanlığında "qorxunc bərabərsizlik" olduğunu bildirib

Bakı. Trend:

Adambaşına düşən gəliri aşağı olan ölkələr dünyada tədarük edilən peyvəndlərin yalnız 0,5 faizi, zəngin ölkələr isə 75 faizindən çoxunu alıb.

Trendin məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Onun sözlərinə görə, bu, peyvəndlərin əlçatanlığında "qorxunc qeyri-bərabərlik" olduğunu göstərir: "Hazırkı dövrədək dünyada 6 milyard dozadan çox peyvənd istifadə edilib və dünya əhalisinin demək olar ki, üçdə biri koronavirus əleyhinə tam peyvənd olunub. Ancaq bu rəqəmlər arxasında qorxunc bərabərsizlik gizlənir. Peyvəndlərin 75 faizindən çoxu yüksək gəlirli və orta gəliri yüksək olan ölkələrə gedib. Eyni zamanda, aşağı gəlirli ölkələrə tədarük edilən peyvəndlərin yalnız 0,5 faizi çatıb. Afrika əhalisinin cəmi 4 faizi koronavirusa qarşı tam peyvənd olunub".

A.Qebreyesus xatırladıb ki, ÜST bu ilin sonuna qədər bütün ölkələrdə əhalinin 40 faizini, gələn ilin ortalarına qədər isə 70 faizini tam peyvənd etməyi qarşısına məqsəd qoyub. O vurğulayıb ki, buna ancaq qlobal peyvənd tədarükünə nəzarət edən ölkələr və şirkətlər öz üzərlərinə düşən işi yerinə yetirdikdə nail olmaq olar.

Onun sözlərinə görə, dünya anlamalıdır ki, heç bir ölkə dünyanın qalan hissəsi peyvənd olunmadan peyvənd vasitəsi ilə pandemiyadan çıxa bilməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti