...

Tramp peyvənd olunduğu vaksinin adını açıqladı

Dünya xəbərləri Materials 3 Oktyabr 2021 06:40 (UTC +04:00)
Tramp peyvənd olunduğu vaksinin adını açıqladı

Bakı. Trend:

Keçmiş ABŞ Prezidenti Donald Tramp ilk dəfə koronavirusa qarşı peyvənd olunduğu vaksinin adını açıqlayıb.

Trend-in məlumatına görə, o, bu barədə "Yahoo Finance" portalına müsahibəsi zamanı danışıb.

D.Tramp bildirib: "Mən "Pfizer" peyvəndi vurdurdum, lakin mən onların hər birindən xoşbəxt olardım".

Ağ Evin sabiq rəhbəri həmçinin yenidən peyvənd olunacağını da istisna etməyib.

Qeyd edək ki, ABŞ-da 3 istehsalçının ("Pfizer", "Moderna" və "Johnson&Johnson") peyvəndlərinin istifadəsinə icazə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti