...

BƏƏ daha bir planetin tədqiqatı üçün missiya göndərəcək

Dünya xəbərləri Materials 5 Oktyabr 2021 18:04 (UTC +04:00)
BƏƏ daha bir planetin tədqiqatı üçün missiya göndərəcək

Bakı. Orxan Nəbiyev - Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Venera planetinin və asteroidlər qurşağının tədqiq olunması üçün kosmik proqram işə salıb.

Trend-in məlumatına görə, bu barədə BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubay əmiri Məhəmməd bin Rəşid əl Məktum öz "Twitter" səhifəsində yazıb.

O bildirib ki, bu proqram asteroidlərdən birinin səthinə kosmik aparatın enməsini nəzərdə tutur.

Qeyd olunur ki, missiya Venera planetinin və yeddi asteroiddən ibarət qurşağın tədqiqatını aparacaq.

Missiyanın 2028-ci ildə işə salınması planlaşdırılır.

Xatırladaq ki, 2020-ci ilin iyulunda BƏƏ Marsa "Əl-Amal" missiyasını yola salmışdı. Bu il fevralın 9-da missiya Marsın orbitinə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti