...

Türkiyə parlamenti Paris İqlim Sazişini təsdiq edib

Dünya xəbərləri Materials 7 Oktyabr 2021 00:32 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyası Paris İqlim Sazişinin təsdiq edilməsi barədə qanun layihəsini qəbul edib.

Trend-in məlumatına görə, sənəd bir gün əvvəl Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsi tərəfindən dəstəklənib.

Paris Sazişi - Birləşmiş Millətlərin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasıdır. Türkiyə 22 aprel 2016-cı il tarixində 21-ci Tərəflər Konfransında həmin sazişi imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti