Bakı. Trend:
"Pamela" qasırğasının səbəb olduğu daşqınlar Meksikanın şimal -qərbindəki Sinaloa əyalətində 1500-dən çox ailənin evində fəsadlar törədib.
Trend-in məlumatına görə, bu barədə "Milenio" qəzeti region hakimiyyətinə istinadən bildirib.
Məlumata əsasən, ən çox ziyan El-Rosario bələdiyyəsinə dəyib. Yerli sakinlərin sözlərinə görə, onlar bir neçə onilliklər ərzində belə böyüklükdə təbii fəlakətlə üzləşməyiblər.
Xilasedicilər insanları su basmış ərazilərdən çıxarır, ölən və yaralananlar barədə məlumat verilməyib.