...

Dünyada koronavirusa yoluxanların sayı 240 milyonu keçib

Dünya xəbərləri Materials 18 Oktyabr 2021 23:43 (UTC +04:00)

Bakı. Trend:

Dünyada koronavirusa yoluxma hallarının sayı 240 milyonu keçib, ölənlərin sayı 4,9 milyona yaxınlaşıb.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Məlumata əsasən, dünyada 240 260 449 insan koronavirusa yoluxub və 4 890 424 ölüb. Yoluxanların sayı oktyabrın 15-dən 810 462 nəfər, ölüm halları isə 10 830 nəfər artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti