...

Latviyada koronavirus səbəbindən sərt qapanmalar tətbiq olunacaq

Dünya xəbərləri Materials 19 Oktyabr 2021 01:47 (UTC +04:00)
Latviyada koronavirus səbəbindən sərt qapanmalar tətbiq olunacaq

Trend-i buradan izləyin

Bakı. Trend:

Latviyada koronavirusun yayılmasını məhdudlaşdırmaq üçün dörd həftə ərzində sərt qapanmalar tətbiq ediləcək.

Trend-in məlumatına görə, bu barədə ölkənin Baş naziri Krişyanis Karinş mətbuat konfransında deyib.

Baş nazir bildirib ki, bu qərar Böhran İdarəetmə Şurası tərəfindən qəbul edilib.

K.Karinş qeyd edib ki, xüsusi sərt məhdudiyyətlər oktyabrın 21-dən noyabrın 15-dək qüvvədə olacaq. Onun sözlərinə görə, bu müddət ərzində bir çox mağaza, əyləncə və təhsil müəssisəsi bağlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti