...

Moskvada 20-yə yaxın aviareys təxirə salınıb

Dünya xəbərləri Materials 22 Oktyabr 2021 17:38 (UTC +04:00)
Moskvada 20-yə yaxın aviareys təxirə salınıb

Trend-i buradan izləyin

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın paytaxtı Moskvada güclü küləklə əlaqədar hava limanlarında 20-yə yaxın reys təxirə salınıb və ya ləngiyib.

Trend-in məlumatına görə, Vnukovo hava limanında üç reys təxirə salınıb.

Eyni zamanda, Domodedovo hava limanında iki reys təxirə salınıb, daha bir reys isə ləğv edilib. Şeremetyevo hava limanında isə 11 reys ləğv edilib, 2 reysin ləngidiyi deyilir.

Qeyd edək ki, Moskvada bu gün ərzində küləyin sürəti saniyədə 27 metrədək çatıb. Moskva vilayətində elektrik enerjisinin kəsintisi qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti