...

Ərdoğan 10 ölkənin səfirini "persona non-qrata" elan etməyi tələb edib

Dünya xəbərləri Materials 23 Oktyabr 2021 20:01 (UTC +04:00)
Ərdoğan 10 ölkənin səfirini "persona non-qrata" elan etməyi tələb edib

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 ölkənin Anakaradakı səfirini "persona non-qrata" elan etməyi tələb edib.

Trend-in məlumatına görə, Türkiyə Prezidenti bu barədə Əskişəhərdə çıxışı zamanı deyib.

T.Ərdoğan bununlar bağlı xarici işlər nazirinə müvafiq tapşırıqlar verdiyini qeyd edib: "Mən xarici işlər nazirimizə lazımi göstərişləri verdim və onların "persona-non qrata" elan edilməsini tələb etdim. Onlar Türkiyəni başa düşməlidirlər, tanımalıdırlar, əks halda ölkəmizi tərk edəcəklər".

Xatırladaq ki, oktyabrın 19-da 10 ölkənin - ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Niderland, İsveç, Kanada, Norveç və Yeni Zelandiyanın Ankaradakı səfirləri 2016-cı ilin iyulunda FETÖ terror təşkilatı tərəfindən Türkiyədə dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunan Osman Kavalanın məhkəməsi haqqında sosial şəbəkələrdə səsləndirdikləri ifadələrlə əlaqədar olaraq Türkiyə Xarici İşlər Nazirliyinə çağırılmışdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti