...

Əfqanıstanda silahlı toqquşmada 17 nəfər ölüb

Dünya xəbərləri Materials 25 Oktyabr 2021 06:24 (UTC +04:00)
Əfqanıstanda silahlı toqquşmada 17 nəfər ölüb

Trend-i buradan izləyin

Bakı. Trend:

Əfqanıstanın Herat şəhərində "Taliban" hərəkatı və silahlı qruplaşma arasında baş verən silahlı toqquşmada azı 17 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə yerli "Ettelaat" qəzeti xəbər verib.

Məlumata əsasən, şəhərin küçələrində nahar vaxtı başlayan atışma bütün gün davam edib. Ölənlər arasında yeddi uşaq və üç qadın da var. Bundan əlavə, bir neçə mülki şəxs yaralanaraq xəstəxanaya çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti