...

Ermənistan hərbi polisi saxta koronavirus testləri ilə bağlı cinayət işi açıb

Dünya xəbərləri Materials 11 Noyabr 2021 18:19 (UTC +04:00)
Ermənistan hərbi polisi saxta koronavirus testləri ilə bağlı cinayət işi açıb

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi saxta koronavirus testləri ilə bağlı cinayət işi açıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə nazirliyin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, sentyabrın 29-da və oktyabrın 15-də Milli Müdafiə Tədqiqar İnstitutunun əməkdaşlarından 62 test nümunəsi götürülüb. Oktyabrın 4-də və 18-də həmin əməkdaşlara saxta mənfi nəticələr verilib.

Hazırda faktla bağlı cinayət işi davam etdirilir. Cinayət faktı təsdiq olunacağı təqdirdə ittiham olunanlar 800 dollaradək cərimə və ya iki ilədək həbslə cəzalandırıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti