...

İqlim Konfransının iştirakçıları yekun bəyanatın mətnini razılaşdırıblar

Dünya xəbərləri Materials 14 Noyabr 2021 01:01 (UTC +04:00)

Bakı. Trend:

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəflərinin (COP26) 26-cı Konfransında iştirak edən 200-ə ölkənin nümayəndələri bir günlük gecikmə ilə forumun yekun sənədlərinin mətnlərini razılaşdırıblar.

Trend-in məlumatına görə, bunu COP26-nın sədri, Britaniya Nazirlər Kabinetinin üzvü Alok Şarma deyib.

A.Şarma bildirib: "Bu prosesin getdiyi formaya görə bütün nümayəndələrdən üzr istəyirəm və (yekun bəyanata son dəqiqə dəyişikliklərinin edilməsi ilə əlaqədar - red.) dərin təəssüf hissi keçirirəm. Böyük məyusluğu başa düşürəm, lakin qeyd etdiyiniz kimi, bu sənədlər paketini (təsdiqlənməmək təhlükəsindən - red.) qorumaq çox vacib idi".

Qeyd edək ki, oktyabrın 31-də Qlazqoda başlayan iki həftəlik forumun cümə günü yerli vaxtla saat 18:00-da (22:00) başa çatması planlaşdırılırdı, lakin nümayəndə heyətləri arasında ziddiyyətlər olduğu üçün daha gec başa çatıb.

Qeyd edək ki, COP27 gələn il Misirdə, COP28 isə 2023-cü ildə BƏƏ-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti