...

Britaniyada ən populyar oğlan adı Məhəmməd olub

Dünya xəbərləri Materials 6 Dekabr 2021 18:14 (UTC +04:00)
Britaniyada ən populyar oğlan adı Məhəmməd olub

Bakı. Orxan Nəbiyev - Trend:

2021-ci ildə Böyük Britaniyada yeni doğulan oğlan uşaqlarına verilən ən populyar ad ard-arda beşinci il Məhəmməd olub.

Trend-in məlumatına görə, bu barədə "BabyCentre UK" təşkilatının reytinqində deyilir.

Siyahıdaya ilk üçlüyü Noa və Oliver tamamlayıb.

Eyni zamanda, bu il ölkə ərazisində ən populyar qız adı Oliviya olub. Bu ad ötən illə müqayisədə bir pillə yüksəlib.

Ötən il ən populyar qız adı olmuş Sofiya ikinci yerdə qərarlaşıb. İlk üçlüyü Lili adı tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti