...

Böyük Britaniya COVID-keçid sistemini tətbiq edəcək

Dünya xəbərləri Materials 9 Dekabr 2021 01:43 (UTC +04:00)
Böyük Britaniya COVID-keçid sistemini tətbiq edəcək

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Boris Conson yüzlərlə insanın toplaşa biləcəyi müəssisələr üçün COVID-keçid sisteminin tətbiq edildiyini açıqladı.

Trend-in məlumatına görə, bu barədə "The Guardian" qəzeti bildirib.

Baş nazir bildirib: "Biz 500-dən çox insanların toplaşa biləcəyi qapalı məkanlar da daxil olmaqla, gecə klublarına, kütləvi yerlərə və 4 mindən çox insanın otura biləcəyi açıq məkanlarda, eləcə də hər hansı digər müəssisələrdə COVID-keçidlərini məcbur olaraq tətbiq edirik"

Qaydalar dekabrın 10-dan qüvvəyə minəcək.

Həmçinin, ölkə sakinlərindən ictimai yerlərdə, o cümlədən teatr, restoran və kinoteatrlarda maska ​​taxmaq tələb olunacaq. Britaniyalılara dekabrın 13-dən etibarən evdən işləməyə tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti