...

ABŞ-da 3D-printerdə çap edilmiş ev istifadəyə verilib

Dünya xəbərləri Materials 28 Dekabr 2021 07:54 (UTC +04:00)
ABŞ-da 3D-printerdə çap edilmiş ev istifadəyə verilib

Bakı. Trend:

ABŞ-da 3D-çap texnologiyası ilə tikilmiş yaşayış evi aztəminatlı ailələrə dəstək üzrə xeyriyyə proqramı çərçivəsində istifadəyə verilib.

Trend-in bu barədə "CNN" telekanalına istinadən xəbər verir.

Məlumata əsasən, ev Virciniya ştatının Uilyamsburq şəhəri yaxınlığında aztəminatlı ailələr üçün evlər tikən "Habitat for Humanity" xeyriyyə təşkilatının təşəbbüsü ilə tikilib. Tikinti birbaşa 3D-çap üzrə ixtisaslaşmış "Alquist" şirkəti tərəfindən həyata keçirilib.

Sahəsi 110 kv. metrdən çox olan və üç yataq və iki hamam otaqlı birmərtəbəli ev böyük bir 3D-printerin istifadəsi ilə betondan tikliib. 3D-printerə evin bünövrəsini və divarlarını ucaltmaq üçün cəmi 12 saat vaxt lazım olub.

Şüşələr, dam örtüyü və kosmetika işləri inşaatçılar komandası tərəfindən həyata keçirilib. Telekanal bildirir ki, ən son texnologiyaların istifadəsi işin dəyərini ən azı 15 faiz azaldıb, həmçinin belə konstruksiyalı evlərin çərçivəsinin tikintisi üçün sərf edilən vaxtı əhəmiyyətli dərəcədə azaldıb - adətən bunun üçün orta hesabla dörd həftə lazım olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti