...

Səudiyyə Ərəbistanının HHM qüvvələri husilərə məxsus üç PUA-nı dəf edib

Dünya xəbərləri Materials 2 Yanvar 2022 07:39 (UTC +04:00)
Səudiyyə Ərəbistanının HHM qüvvələri husilərə məxsus üç PUA-nı dəf edib

Bakı. Trend:

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya komandalığı üç pilotsuz uçuş aparatının (PUA) dəf etdiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə "Al Hadath" televiziya kanalı xəbər verib.

Bildirilib ki, həmin PUA-lar "Ənsar Allah" hərəkatından olan Yəmən üsyançıları-husilər tərəfindən buraxılıb.

Məlumata əsasən, Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə (HHM) sistemləri ölkənin cənub bölgələrində səmada mülki obyektləri hədəf alan partlayıcılarla dolu PUA-ları dəf edərək məhv edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti