...

İndoneziyanın yeni paytaxtının adı açıqlanıb

Dünya xəbərləri 17 Yanvar 2022 12:20 (UTC +04:00)
İndoneziyanın yeni paytaxtının adı açıqlanıb

Bakı. Orxan Nəbiyev - Trend:

İndoneziyanın Kalimantan adasının cənub-şərqində salınacaq yeni paytaxtının adı Nusantara olacaq.

Trend-in məlumatına görə, bunu ölkənin milli inkişaf planlaşdırması naziri Suharso Monoarfa hökumətin iclasında deyib.

Nusantara İndoneziya dilində "arxipelaq" mənasını verir.

Qeyd edək ki, İndoneziyanın paytaxtının Cakartadan köçürülməsi barədə qərar 2019-cu ildə prezident Coko Vidodo tərəfindən verilmişdi.

Yeni paytaxtın salınması üçün 32 milyard dollara yaxı vəsait ayrılıb. Lakin koronavirus pandemiyası ilə əlaqədar işlər təxirə salınmışdı.

Layihənin icrasının iki ildən sonra bərpa olunması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti