...

Türkiyə ordusu 4 il ərzində 6 mindən çox terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri 20 Yanvar 2022 20:09 (UTC +04:00)
Türkiyə ordusu 4 il ərzində 6 mindən çox terrorçunu zərərsizləşdirib

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri 2018-ci il yanvarın 20-dən Suriyanın şimal-qərbində "Zeytun budağı" əməliyyatı zonasında 6 370 terrorçunu zərərsizləşdirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildiriblər.

Nazirlikdən xatırladıblar ki, sözügedən antiterror əməliyyatı 72 təyyarənin iştirak etdiyi hava hücumu ilə başlayıb.

Bildirilib ki, çətin hava və coğrafi şəraitə baxmayaraq, Türkiyə ordusu beton sığınacaqlarda gizlənən terrorçuları addım-addım məhv edib.

""Zeytun budağı" əməliyyatı 57 gün davam edib və Türkiyənin bütün hərəkətləri beynəlxalq hüquq və insan haqları normalarına cavab verib. Türkiyə Silahlı Qüvvələrinin səyləri ilə 1859 kv. km. ərazi terrorçulardan təmizlənib", - deyə Nazirlikdən əlavə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti