...

ABŞ Ukraynadan diplomatların təxliyəsinin başlama tarixini açıqlayıb

Dünya xəbərləri 22 Yanvar 2022 22:26 (UTC +04:00)
ABŞ Ukraynadan diplomatların təxliyəsinin başlama tarixini açıqlayıb

Bakı. Trend:

ABŞ Dövlət Departamenti yanvarın 24-dən etibarən ABŞ-ın Ukraynadakı səfirliyindən diplomatların ailələrinin təxliyəsinə başlamağı əmr edib.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində "FoxNews" nəşrinin jurnalisti Lukas Tomlinson yazib.

L.Tomlinson bildirib: "Dövlət Departamenti ABŞ-ın Ukraynadakı səfirliyinin əməkdaşlarının ailələrinə bazar ertəsi ölkəni təxliyə etməyə başlamağı əmr edib".

Bu məlumatı Tomlinsona Amerika rəsmiləri veriblər. Diplomatik nümayəndəlik əməkdaşlarının ailələrinin təxliyəsi ilə bağlı başqa təfərrüatlar yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti