...

Rusiyada ötən sutka ərzində koronavirusa 63 205 nəfər yoluxub

Dünya xəbərləri 23 Yanvar 2022 13:25 (UTC +04:00)
Rusiyada ötən sutka ərzində koronavirusa 63 205 nəfər yoluxub

Bakı. Trend:

Rusiyada ötən sutka ərzində koronavirusa 63 205 yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 11 108 191 nəfərə çatıb.

Son sutka ərzində həmçinin koronavirusdan 23 045 nəfər sağalıb, 679 nəfər isə vəfat edib.

Hazırkı dövrədək koronavirusdan sağalanların sayı 10 023 622 nəfər, ölənlərin saıy isə 326 112 nəfər təşkil edir.

Hazırda 758 457 nəfərin müalicəsi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti