...

İranda daha 28 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri 23 Yanvar 2022 14:31 (UTC +04:00)
İranda daha 28 nəfər koronavirusdan ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 5 144 nəfər koronavirusa (COVID-19) yoluxub, 28 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyindən bildiriblər.

Bununla da İranda bu virusdan ölənlərin sayı 132 230 nəfərə, yoluxanların sayı isə 6 250 490 nəfərə çatıb. Virus daşıyıcılarından 1 208 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 6 080 343 nəfər koronavirusdan sağalıb, 44 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 129 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 60,5 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53,5 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 14,5 milyon təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti