...

Almaniyada son sutkada 208 mindən çox şəxs koronavirusa yoluxub

Dünya xəbərləri Materials 2 Fevral 2022 11:11 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Almaniyada son sutka ərzində 208 498 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu, pandemiya dövründə ölkədə qeydə alınan ən yüksək göstərici olub.

Bundan əvvəl ən yüksək göstərici, 203 136 yoluxma, yanvarın 27-də qeydə alınmışdı. Bugünədək ölkədə koronavirusa yoluxanların sayı 10,18 milyon nəfəri keçib.

Ötən gün Almaniyada, həmçinin 196 nəfər həyatını itirib. Bugünədək Almaniyada koronavirusdan ölənlərin sayı 118 170 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti