Bakı. Trend:
İsrail prezidenti İtzhak Herzoq türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışığı zamanı yaxın vaxtlarda görüşün mümkünlüyünü müzakirə edib.
Trend-in məlumatına görə, bu barədə İsrail prezidentinin mətbuat xidməti bildirib.
Məlumatda qeyd olunub: "Prezident Hersoq bu axşam Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı keçirib və ona cansağlığı, COVID-19-dan tezliklə sağalmasını arzulayıb. Söhbət zamanı iki ölkə liderləri tezliklə görüşün mümkünlüyünü müzakirə ediblər".