...

Almaniyada Münhen Təhlükəsizlik Konfransı işə başlayıb

Dünya xəbərləri Materials 18 Fevral 2022 17:18 (UTC +04:00)
Almaniyada Münhen Təhlükəsizlik Konfransı işə başlayıb

Bakı. Orxan Nəbiyev - Trend:

Almaniyanın Münhen şəhərində Beynəlxalq Təhlükəsizlik Konfransı işə başlayıb.

Trend-in məlumatına görə, bu il 58-ci dəfə təşkil olunan konfrans birillik aradan sonra üz-üzə formatda keçirilir.

Fevralın 20-dək davam edəcək konfransda 600-dək siyasətçi, işgüzr və elmi dairələrin nümayəndələri iştirak edəcək. Bundan başqa, 35 dövlət və hökumət başçısının iştirakı gözlənilir.

Qeyd edək ki, ötən il Münhen Təhlükəsizlik Konfransı onlayn formatda keçirilmiş və üç saat davam etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti