...

Bayden G7 liderləri ilə Ukrayna üzrə onlayn görüş keçirəcək

Dünya xəbərləri Materials 19 Fevral 2022 01:29 (UTC +04:00)
Bayden G7 liderləri ilə Ukrayna üzrə onlayn görüş keçirəcək

Bakı. Trend:

ABŞ prezidenti Cozef Bayden Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün fevralın 24-də G7 dövlət başçıları ilə onlayn görüş keçirəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlər üçün mütəmadi brifinq zamanı Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

"Prezidenti Rusiya və Ukrayna ilə bağlı mövcud vəziyyəti və Almaniyanın bu il G7-yə sədrliyinin prioritetlərini müzakirə etmək üçün cümə axşamı G7 ölkələrinin liderləri ilə virtual görüş keçirərək", - deyə C.Psaki bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti