Bakı. Trend:
Rusiya bu gündən etibarən Ukrayna və Belarusla qərb sərhədində hava məkanını mülki təyyarələr üçün bağlayıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın yaydığı NOTAM-da deyilir.
Bildirilir ki, bu qərar mülki təyyarələr üçün yüksək təhlükə ilə əlaqədar qəbul edilib.