...

Dünya Bankı Əfqanıstana dondurulmuş vəsaitindən 1 milyard dollardan çox yardım ayırıb

Dünya xəbərləri Materials 2 Mart 2022 08:27 (UTC +04:00)
Dünya Bankı Əfqanıstana dondurulmuş vəsaitindən 1 milyard dollardan çox yardım ayırıb

Bakı. Trend:

Dünya Bankının (DB) Direktorlar Şurası Əfqanıstanın dondurulmuş vəsaitindən 1 milyard dollardan çox məbləği bir sıra agentliklər və humanitar yardım təşkilatlarına köçürmək qərarına gəlib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə DB saytında yerləşdirilimiş bəyanatda deyilir.

"Əfqanıstanın Yenidənqurma Fondunun donorlarının və beynəlxalq ictimaiyyətin müraciətinə cavab olaraq DB Direktorlar Şurası bu gün əfqanlara dəstək üçün genişləndirilmiş yanaşmanı təsdiqləyib. 1 milyard dollardan çox vəsait Əfqanıstanın Yenidənqurma Fondundan BMT-nin seçilmiş qurumlarına və beynəlxalq qeyri-hökumət təşkilatlarına yönəldiləcək", - bəyanatda deyilir.

Sənəddə deyilir ki, bu vəsait Taliban hərəkatının yaratdığı Əfqanıstanın müvəqqəti hökumətinin nəzarətindən kənar qalacaq. Vəsaitlər müxtəlif proqramlara, o cümlədən təhsil, kənd təsərrüfatı və səhiyyəyə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti