Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Ukraynanın Avropa İttifaqına üzvlük müraciətinin yaxın günlərdə müzakirə olunacağını bildirib.
Trend-in məlumatına görə, bu barədə Ş.Mişel öz "Twitter" səhifəsində yazıb.
Ş.Mişel vurğulayıb ki, həmrəylik, dostluq və Aİ-nin Ukraynaya misilsiz yardımı “sarsılmazdır”:
"Yaxın günlərdə Ukraynanın üzvlük müraciətini müzakirə edəcəyik".