Bakı. Trend:
NATO şərq cinahını əhəmiyyətli dərəcədə gücləndirib.
Trend-in məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Latviya Prezidenti Egils Levits ilə birgə mətbuat konfransında deyib.
"130 təyyarə, yüksək qütb enliklərindən Aralıq dənizinə gedən 200-dən çox gəmi yüksək hazırlıq vəziyyətindədir", - deyə Y.Stoltenberq bildirib.
Onun sözlərinə görə, regionda əlavə olaraq 1 000 hərbi qulluqçu yerləşdirilib.