...

Putin Rusiyadan məhsul və xammalın ixracına və idxalına məhdudiyyətlər tətbiq edib

Dünya xəbərləri Materials 8 Mart 2022 22:50 (UTC +04:00)

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin “Rusiya Federasiyasının təhlükəsizliyini təmin etmək məqsədilə xarici iqtisadi fəaliyyət sahəsində xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında” fərman imzalayıb.

Trend "İnterfaks"a istinadən xəbər verir ki, fərmanda Rusiya Federasiyası Hökuməti tərəfindən müəyyən edilmiş siyahılara uyğun olaraq məhsulların və ya xammalın Rusiyadan ixracına və ya idxalına qadağa və müvafiq məhdudiyyətlər barədə bildirilir.

Sənəd həmçinin Rusiya Federasiyası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şəxsi istifadə üçün məhsulların və ya xammalın Rusiyadan ixracı və idxalı üçün istisnalar müəyyən edir.

Rusiya Federasiyası Hökuməti bu tədbirlərin tətbiqi üçün nəzərdə tutulan xarici dövlətlərin siyahısını 2 gün ərzində müəyyən etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti