...

Avropada təbii qaz gün ərzində 11 faiz bahalaşıb

Dünya xəbərləri Materials 11 Mart 2022 16:04 (UTC +04:00)
Avropada təbii qaz gün ərzində 11 faiz bahalaşıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa birjalarında təbii qazın qiymətləri min kubmetr üçün 1 600 dollaradək yüksəlib.

Trend-in məlumatına görə, Niderlandın TTF habında təbii qazın aprel fyuçersləri 1 598 dollar ətrafında alınıb-satılır.

Gün ərzində qiymətlər 11 faiz bahalaşıb. Səhər saatlarında isə təbii qazın min kubmetri martın 1-dən bəri ilk dəfə 1 300 dollar həddindən aşağı düşmüşdü.

Xatırladaq ki, martın 7-də Avropada təbii qaz qiymətləri tarixi rekord vuraraq 3 900 dollara çatmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti