...

Lukaşenko və Putin Belarusa müasir hərbi texnikanın tədarükü barədə razılığa gəliblər

Dünya xəbərləri Materials 12 Mart 2022 02:55 (UTC +04:00)
Lukaşenko və Putin Belarusa müasir hərbi texnikanın tədarükü barədə razılığa gəliblər

Bakı. Trend:

Belarus və Rusiya Prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin Moskvada keçirilən danışıqlarda Ukrayna böhranı, hərbi sənaye kompleksinin inkişafı, əməkdaşlıq və Qərbin sanksiyalarına qarşı fəaliyyət məsələlərini müzakirə ediblər.

Trend-in məlumatına görə, bunu "BelTA"ya Belarus Prezidentinin mətbuat katibi Natalya Eysmont deyib.

"Prioritet məsələ kimi dövlət başçıları Ukraynaya diqqət yetirməklə dünyada, regiondakı vəziyyəti ətraflı müzakirə ediblər. Bu kontekstdə əsas mövzulardan biri Belarusda gedən danışıqların gedişatı, Rusiya və Ukrayna tərəflərinin mövqeləri olub", - deyə N.Eysmon bildirib.

Onun sözlərinə görə, söhbət zamanı tərəflər hərbi-sənaye kompleksinin inkişafına və İttifaq dövlətinin müdafiəsinə xüsusi diqqət yetiriblər.

"Tərəflər, xüsusilə, yaxın gələcəkdə Rusiya tərəfindən Belarus Respublikasına hərbi texnikanın ən müasir modellərinin çatdırılması barədə razılığa gəliblər. Öz növbəsində Belarus müasir kənd təsərrüfatı, sərnişin texnikası və digər maşınqayırma məhsullarının tədarükünü artıracaq", - deyə Belarus Prezidentinin mətbuat katibi bildirib.

Qeyd edək ki, iki ölkə lideri arasında danışıqlar ötən gün Moskvada baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti