...

İranda 5 bala yaxın zəlzələ olub

Dünya xəbərləri Materials 19 Mart 2022 17:10 (UTC +04:00)
İranda 5 bala yaxın zəlzələ olub

Bakı. Elnur Bağışov - Trend:

Bu gün yerli vaxtla 15:55-də İranın cənubunda yerləşən Fars vilayətinin Darab rayonunda 4,8 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Zəlzələ 16 km dərinlikdə qeydə alınıb.

Ehtimal olunan dağıntı və insan itkisi haqqında məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti