...

Ərəb koalisiyası husilərin düşərgələrinə və məntəqələrinə hava zərbələri endirib

Dünya xəbərləri Materials 27 Mart 2022 05:54 (UTC +04:00)
Ərəb koalisiyası husilərin düşərgələrinə və məntəqələrinə hava zərbələri endirib

Bakı. Trend:

Səudiyyə Ərəbistanının başçılıq etdiyi Yəməndəki ərəb koalisiyası Sənada “Ənsar Allah” (husilər) üsyançı hərəkatının yığma qoşunlarının düşərgələrinə və məntəqələrinə hava zərbələri endirib.

Trend-in məlumatına görə, bu barədə "Yemen Al Ghad" informasiya portalı xəbər verib.

Qeyd edilib ki, bu, koalisiyanın Husilər üçün Əl-Hodeyda, Salif və Səna hava limanlarından silahların çıxarılması üçün təyin etdiyi müddət bitdikdən sonra baş verib. Koalisiya mülki şəxslərə “Əl-Hodeydadakı neft və digər qurğulardan, Sənanın Hadda məhəlləsindəki silah anbarlarından və Husilərin sığınacaqlarından uzaq durmağa” xəbərdarlıq edib.

Bildirilib ki, husilər Yəmən paytaxtının bu diplomatik ərazisindən silah ehtiyatı saxlamaq üçün istifadə edir və mülki əhalinin arxasında gizlənirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti