...

Qara dənizin Rumıniya sahillərində də mina aşkarlanıb

Dünya xəbərləri Materials 28 Mart 2022 15:28 (UTC +04:00)
Qara dənizin Rumıniya sahillərində də mina aşkarlanıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qara dənizdə, Rumınıyanın cənub-şərq sahilindən 70 kilometr məsafədə dəniz minası aşkar edilib.

Trend-in məlumatına görə, bu barədə Rumıniyanın Hərb-Dəniz Qüvvələrinin qərargahı bildirib.

Qeyd olunur ki, minanın aşkar olunduğu əraziyə xüsusi gəmi və dalğıclar göndərilib. Daha sonra verilən məlumata görə, mina təhlükəsiz şəkildə zərərsizləşdirilib.

Xatırladaq ki, son bir neçə gün ərzində Türkiyə sahillərində bir neçə dəniz minası aşkar edilərək zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti