...

Berlin 20-yə yaxın rusiyalı diplomatı ölkədən göndərməyi düşünür

Dünya xəbərləri Materials 2 Aprel 2022 08:14 (UTC +04:00)

Bakı. Trend:

Almaniya hökuməti kəşfiyyat fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən 20-yə yaxın rusiyalı diplomatı ölkədən göndərməyi düşünür.

Trend-in məlumatına görə, bu barədə mənbələrə istinadən "Suddeutsche Zeitung" qəzeti xəbər yayıb.

Qəzetin məlumatına əsasən, Almaniya Rusiya nümayəndəliklərindən yaxın zamanda Belçika (21 nəfər - red.) və Niderland (17 nəfər - red.) qədər, yəni təxminən 20 nəfər diplomatı göndərə bilər.

Eyni zamanda, "Almaniya hökumətində hələ də müxtəlif variantların müzakirə olunduğu" vurğulanır.

Qeyd edilir ki, belə bir qərar "Almaniya Federal Kanslerinin idarəsi, Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən razılıq əsasında qəbul edilməlidir, lakin razılıq hələ əldə olunmayıb".

Almaniyanın hökumət strukturlarında diplomatlarının göndərilməsinin "mənası" müzakirə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti