...

ABŞ Ukraynaya daha 300 milyon dollar hərbi yardım edəcək

Dünya xəbərləri Materials 2 Aprel 2022 08:45 (UTC +04:00)
ABŞ Ukraynaya daha 300 milyon dollar hərbi yardım edəcək

Bakı. Trend:

Pentaqon Ukraynaya əlavə 300 milyon dollarlıq hərbi yardımın göstəriləcəyini elan edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında yerləşdirilən press-relizdə deyilir.

Sözügedən yardım paketinin imkanlarına lazerli tuşlama ilə raket sistemləri, "Switchblade" taktiki PUA-ları, "Puma" PUA-ları, xirehli yüksək mobil çoxməqsədli maşınlar, kiçik və böyük çaplı döyüş sursatları, gecə görmə cihazları, termal müşahidə kameraları, taktiki müdafiə rabitə sistemləri, peyklə görüntüləmə üzrə kommersiya xidmətləri, dərmanlar, sahə avadanlığı daxildir.

"Bu yardımın elanı Ukrayna Silahlı Qüvvələrinə yeni imkanların verilməsi üçün müqavilələrin bağlanması prosesinin başlanğıcıdır", - deyə açıqlamada bildirilib.

Qeyd edilib ki, bu günə qədər ABŞ Ukraynaya təhlükəsizlik üzrə yardım üçün artıq 2,3 milyard dollardan çox vəsait ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti