...

ABŞ Dövlət Departamenti Bolqarıstana səkkiz F-16 qırıcı təyyarəsinin satışına icazə verib

Dünya xəbərləri Materials 5 Aprel 2022 03:06 (UTC +04:00)
ABŞ Dövlət Departamenti Bolqarıstana səkkiz F-16 qırıcı təyyarəsinin satışına icazə verib

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Bolqarıstana ümumilikdə 1,67 milyard dollar dəyərində səkkiz F-16 qırıcı təyyarəsi və avadanlıq satışına icazə verib.

Trend xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi Təhlükəsizlik Sahəsində Əməkdaşlıq İdarəsi məlumat yayıb.

Qeyd olunur ki, xarici ölkələrə hərbi texnika satışı proqramı çərçivəsində Bolqarıstan hökumətinə təqribən 1,673 milyard dollar dəyərində F-16 C/D Blok 70 təyyarələri və müvafiq avadanlıqlar satılacaq.

Qurum bildirir ki, qırıcıların satışı NATO-nun təhlükəsizliyinin gücləndirilməsinə kömək etməklə ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik sahəsində məqsədlərinə cavab verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti