...

Kolumbiyada iri narkokartelin rəhbərlərindən biri saxlanılıb

Dünya xəbərləri Materials 18 Aprel 2022 11:09 (UTC +04:00)
Kolumbiyada iri narkokartelin rəhbərlərindən biri saxlanılıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Kolumbiyada "Körfəz klanı" adlı narkokartelin rəhbərlərindən biri Fausto Palasios saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin müdafiə naziri Dieqo Molano deyib.

Qeyd olunur ki, F.Palasios 2012-ci ildən bəri "Körfəz klanı"nın tərkibində fəaliyyət göstərib. Onun barəsində istənilən məlumat üçün ölkə rəhbərliyi böyük məbləğdə mükafat təyin etmişdi.

"Körfəz klanı" Kolumbiyanın ən iri cinayətkar təşkilatlarından biridir. Ötən ilin sonunda ölkə prezidenti İvan Duke kartelin başçısı Otoniel təxəllüslü Dairo Usuginin həbs olunduğunu elan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti