Bakı. Trend:
Avropa birjalarında təbii qaz qiymətləri fevralın 23-dən bəri ilk dəfə min kubmetr üçün 1 000 dollardan aşağı düşüb.
Trend-in məlumatına görə, Niderlandın TTF habında qazın min kubmetrinin qiyməti 947 dollaradək azalıb.
Son sutka ilə müqayisədə təbii qaz 11,1 faiz ucuzlaşıb.
Qeyd olunur ki, ucuzlaşma Avropada havanın isinməsi, yeraltı qaz anbarlarına təbii qaz ehtiyatlarının doldurulması və Rusiyadan stabil qaz axınının davam etməsi ilə əlaqədar baş verir.