...

Dünya Turizm Təşkilatının Baş Assambleyası Rusiyanın üzvlüyünü dayandırıb

Dünya xəbərləri Materials 28 Aprel 2022 05:28 (UTC +04:00)
Dünya Turizm Təşkilatının Baş Assambleyası Rusiyanın üzvlüyünü dayandırıb

Bakı. Trend:

BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) Baş Assambleyası Rusiyanın təşkilata üzvlüyünü dayandırmaq barədə qərar qəbul edib.

Trend xəbər verir ki, bu barədə İspaniyanın Sənaye, Ticarət və Turizm Nazirliyinin saytındakı press-relizdə deyilir.

"UNWTO Baş Assambleyası ev sahibi ölkə kimi İspaniyanın sədrliyi ilə Madriddə keçirilən növbədənkənar iclasında Rusiyanın təşkilatdakı üzvlüyünü müvəqqəti dayandırmaq qərarına gəlib", - deyə press-relizdə bildirilir.

"Rusiyanın UNWTO-da üzvlüyünün müvəqqəti dayandırılması ona öz hüquq və imtiyazlarından istifadəyə, o cümlədən təşkilatın iclaslarında iştirakına imkan verməyəcək. Bununla belə, assambleyanın təsdiq etdiyi qətnamədə Nizamnamənin 34-cü maddəsinə uyğun olaraq, assambleya "Rusiyanın siyasətində dəyişiklik" gördüyü zaman bu dayandırmanın aradan qaldırılacağını nəzərdə tutur", - deyə kommünikedə deyilir.

Qeyd edilir ki, bu halda, Rusiyanın UNWTO-da üzv statusunun bərpası proseduru üzvlüyün dayandırılması proseduruna oxşar olacaq.

Xatırladaq ki, daha əvvəl Rusiya Federasiyası təşkilatdan çıxmaq niyyətini açıqlayıb. UNWTO bildirib ki, üzvlükdən çıxmaq proseduru ən azı bir il çəkəcək, üzvlüyün dayandırılması barədə qərar isə dərhal qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti