...

BMT-nin baş katibi Kabildə məsciddə baş verən terror aktını qınayıb

Dünya xəbərləri Materials 1 May 2022 02:25 (UTC +04:00)
BMT-nin baş katibi Kabildə məsciddə baş verən terror aktını qınayıb

Bakı. Trend:

BMT-nin baş katibi Antoniu Quterreş Əfqanıstanın Kabil şəhərində məsciddə baş verən terror aktını kəskin şəkildə qınayıb.

Trend xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.

"BMT-nin baş katibi cümə namazı zamanı Kabilin qərbində Xəlifə Sahib məscidinə edilən hücumu kəskin şəkildə pisləyib. Baş katib həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və xəsarət alanların tezliklə sağalmasını arzulayır. Mülki əhaliyə və mülki obyektlərə, o cümlədən məscidlərə hücumlar beynəlxalq humanitar hüquqa əsasən qəti qadağandır", - deyə F.Haq bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti