...

ABŞ-da Ermənistan Dövlət Gəlirləri Komitəsinin keçmiş sədrinin malikanəsi müsadirə edilir

Dünya xəbərləri Materials 6 May 2022 23:48 (UTC +04:00)
ABŞ-da Ermənistan Dövlət Gəlirləri Komitəsinin keçmiş sədrinin malikanəsi müsadirə edilir

Bakı. Trend:

ABŞ Ədliyyə Nazirliyi Ermənistan Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri Qaqik Xaçatryanın Los-Ancelesdəki malikanəsinin müsadirə edilməsi prosesinə başlayıb.

Trend nazirliyə istinadla xəbər verir ki, müsadirə ilə bağlı iddiada malikanənin erməni biznesmenlərdən birinin həmin vaxt Ermənistanda yüksək dövlət postunu tutan Qaqik Xaçatryanın ailəsinə rüşvət kismində verilən vəsait hesabına alındığı bildirilir.

Kaliforniya Federal Dairə Məhkəməsində qaldırılan iddiada Birləşmiş Ştatlar iddia edir ki, biznesmen Sedrak Arustamyanın biznesinə “loyal” münasibət müqabiıində Qaqik Xaçatryana və onun ailəsinə 20 milyon dollar rüşvət verib.

Bu məbləğ Holmby Hills ərazisində malikanə almaq üçün istifadə edilib. Bu malikanənin bu yaxınlarda 63 milyon 500 min dollara satışa çıxarıldığı bildirilir. Ermənistanda Qaqik Xaçatryan və oğulları rüşvət almaqda, Sedrak Arustamyan isə rüşvət verməkdə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti